Dolları olanlara BƏD XƏBƏR: Bu tarixdən...

15:30 | 16.10.2018
Dolları olanlara BƏD XƏBƏR: Bu tarixdən...

Dolları olanlara BƏD XƏBƏR: Bu tarixdən...

Dolların iflası proqnozlaşdırıldı

Dollar avroya nisbətdə təxminən 40% ucuzlaşacaq.

Oxu.Az-ın "Bloomberg”ə istinadən xəbərinə görə, belə bir proqnozla "A.G. Bisset Associates” LLC-nin baş icraçı direktoru Ulf Lindal çıxış edib.

Məlumatda deyilir ki, 2024-cü ilə qədər dolların dayanıqlı valyuta kimi imici möhkəmlənəcək və bahalaşma tendensiyası davam edəcək. 

Ulf Lindalın proqnozuna əsasən, 1970-ci ildən bəri dolların 15 ildən bir düşmə tendensiyası təkrarlanır. Bu sxem bu dəfə də təkrarlanacaq. Onun fikrincə, ABŞ valyutası avroya nisbətdə 2 dollar və yuana münasibətdə 1 dollar ucuzlaşacaq. 

Qeyd edək ki, bu proqnoz "Bloomberg”in media analitikləri arasında keçirdiyi sorğu ilə üst-üstə düşür. 

Analitiklər hesab edir ki, 2022-ci ildə avro 1,28 dollara qədər bahalaşacaq. 

Lindalın hesablamalarına görə, kursun düşməsi səhmlərin kütləvi satışına və xammal halında olan məhsulların qiymətinə mənfi təsir edəcək. 

"Bazarın bir çox iştirakçıları dollardakı bu dəyişikliyin məntiqini başa düşmürlər və nəticədə, buna görə qarşıdakı ucuzlaşmanı "45 il ərzində ən riskli investisiya şəraiti adlandırmaq olar”, - deyə o, izah edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti