Dudurkayevin qızı İstanbulda həbs edildi

20:46 | 20.07.2018
Dudurkayevin qızı İstanbulda həbs edildi

Dudurkayevin qızı İstanbulda həbs edildi

Türkiyədə 5 nəfər İŞİD terror qruplaşması ilə əlaqələrdə ittiham olunaraq saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə "Deyli Sabah” hökumətə yaxın mənbələrə istinadla məlumat yayıb.

Saxlanılanlar arasında Çeçenistan Federal Miqrasiya Xidməti İdarəsinin keçmiş rəisi Asu Dudurkayevin qızı da olub. İŞİD tərəfdarlarının saxlanması istiqamətində əməliyyat İstanbulda iyulun 4-də keçirilib.

Xatırladaq ki, 2013-cü ilin noyabrında Çeçenistan rəhbəri Ramzan Kadırov Dudurkayevi qızının Suriyada terrorçuların cərgəsində olması səbəbilə istefaya göndərib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM