Dünya çempionunun döydüyü həyat yoldaşı danışdı: "Anar hər gün evə içkili gəlirdi və..."

17:27 | 15.02.2019
Dünya çempionunun döydüyü həyat yoldaşı danışdı:

Dünya çempionunun döydüyü həyat yoldaşı danışdı: "Anar hər gün evə içkili gəlirdi və..."

Dördqat Dünya çempionu, Kikboksinq üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi Anar Süleymanovun apelyasiya məhkəməsi keçirilir.

Bu barədə idmançının həyat yoldaşı Şamama Bayramova BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, məhkəmə saat 17:00-da başlayacaq.

Qadın başına gələnlər barədə saytımıza məlumat verib. O, bildirib ki, həyat yoldaşı əvvəllər onun məşqçisi olub.
"Əvvəllər Anara böyük hörmətim vardı. Sonradan mənə sevgisini etiraf etdi. İlk vaxtlar münasibətlərimiz normal idi. Ailə qurduqdan sonra Anar hər gün evə içkili gəlirdi və məni döyürdü.

İdmançı olsam da, qadınla kişinin gücü eyni deyil. Təbii ki, ona qarşılıq verə bilməzdim. Sonuncu dəfə isə davamız onun evə gec gəlməsi səbəbindən başladı. Harada olduğunu soruşdum, məni döyməyə başladı”, - deyə Şamama Bayramova bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb