Dünyanın ən yaşlı oranqutanı ölüb

16:41 | 19.06.2018
Dünyanın ən yaşlı oranqutanı ölüb

Dünyanın ən yaşlı oranqutanı ölüb

Avstraliyanın Pert şəhər zooparkında dünyanın ən yaşlı oranqutanı ölüb.

Trend-in məlumatına görə, "Puan" adlı dişi oranqutan 62 yaşında ölüb.

2016-cı ildə o, ən yaşlı oranqutan kimi "Ginnesin rekordlar kitabı”na salınıb.

Qeyd olunur ki, vəhşi təbiətdə oranqutanlar 50 yaşına qədər yaşayır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM