Düşmən hərbiçisi cəbhədə məhv edildi - Ermənistan itkilərini açıqlamağa BAŞLADI

18:19 | 19.09.2018
Düşmən hərbiçisi cəbhədə məhv edildi - Ermənistan itkilərini açıqlamağa BAŞLADI

Düşmən hərbiçisi cəbhədə məhv edildi - Ermənistan itkilərini açıqlamağa BAŞLADI

Xəbər verdiyimiz kimi, sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınıb, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Unikal.org xəbər verir ki, düşmən ölkə törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin cavabı nəticəsində itkilərini gizlətsə də, bu gün açıqlamaq məcburiyətində qalıb.

Belə ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2011-ci ildə işğal etdikləri Azərbaycan torpaqlarında müddətsiz hərbi xidmət edən 1980 təvəllüdlü Haykaz B. Matevosyan aldığı güllə yarasından hərbi hosbitalda dünyasın ölüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb