Dövlət Komitəsindən Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına MÜRACİƏT

18:44 | 10.08.2018
Dövlət Komitəsindən Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına MÜRACİƏT

Dövlət Komitəsindən Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına MÜRACİƏT

Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
 
"Report" xəbərinə görə, müraciətdə qeyd olunub ki, 1990-cı illərdə Azərbaycandan Türkiyəyə köçən və hazırda orada müvafiq sənədləri olmadan yaşayan
 
Azərbaycan vətəndaşları şəxsiyyətlərini təsdiq edən sənədləri əldə etmək üçün Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə elektron formada müraciət edə bilərlər.
 
Türkiyədə yaşayan Azərbaycan vətəndaşları bu elektron ünvan vasitəsilə mövcud problemlərini müvafiq qurumlara çatdıra bilərlər. http://www.bpqmi.gov.az/?/az/requestdoc/

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb