DYP-nin evakuatorları ləğv edildi

15:02 | 16.10.2017
DYP-nin evakuatorları ləğv edildi

DYP-nin evakuatorları ləğv edildi

Bakıda DYP evakuatorlarının fəaliyyətinin ləğv edilməsi barədə xəbərlər yayılıb.

Bildirilir ki, bundan sonra sürücülər dayanma-durma qaydasını pozarkən maşınlar cərimə meydançasına aparılmayacaq. Lakin yol polisi əməkdaşları həmin avtomobilin sürücüsü barəsində hər yarım saatdan bir inzibati protokol tərdib edə bilər. Bütün bunlar sürücülərin bir-birinə sevinərək verdiyi xəbərlərdir.

Həqiqətən də ötən həftənin cümə günündən etibarən Bakıda dövlət yol polisinə məxsus evakuatorların fəaliyyəti dayandırılıb. Yəni dayanma-durma qaydasını pozan maşınlar cərimə meydançasına aparılmayıb. Bu gün də eyni mənzərə müşahidə olunur. Lakin bu hal daimi olmayacaq. Bakıdakı cərimə meydançaları qışa hazırlıq məqsədilə təmir edilir, asfalt döşənir. Bu səbəbdən də cərimə meydançalarına maşın aparılması müvəqqəti olaraq dayandırılıb. Bir həftə sonra proses davam edəcək.
 
///Avtosfer.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb