Əcəmoğlu Paşinyandan 300 min istədi

14:31 | 21.07.2018
Əcəmoğlu Paşinyandan 300 min istədi

Əcəmoğlu Paşinyandan 300 min istədi

Əslən erməni olan məşhur iqtisadçı Daron Əcəmoğlu Ermənistan iqtisadiyyatının bərpasına yardım etməyə razılıq verib.

Axar.az xəbər verir ki, bu barədə "Jamanak” qəzeti məlumat yayıb.

"Yardım Əcəmoğlu vətənpərvərlik hisləri əsasında baş tutmayacaq. O, İrəvandan öz xidmətləri qarşılığında 300 min dollar istəyib. Hökumət bu təklifi hələlik müzakirə edir, amma bilinən odur ki, bu məbləğ büdcə hesabına qarşılanmayacaq. Əgər Əcəmoğlunun təklifi qəbul edilsə, onun zəhmətinin qarşılığı özəl sektor hesabına qarşılanacaq. Bu işdə xüsusilə rusiyalı erməni biznesmen Ruben Vardanyan yardıma hazır olduğunu bəyan edib” – deyə qəzet bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM