edu.ann.az Bakının daha beş məktəbində - FOTOLAR

18-22 aprel 2016-cı il tarixində Bakı şəhərinin
daha 5 məktəbində "edu.ann.az” elektron kitabxanasının təqdimatı keçirilib.
Layihə çərçivəsində həyata keçirilən təqdimatlarda 500 nəfərə yaxın müəllim və
şagird sözü gelən elektron kitabxana barəsində məlumatlandırılıb.
Layihənin məqsədi şagirdlərin ədəbiyyat dərslərində
verilən sinifdən xaric qiraət vasitələri ilə təmin olunması və onların asudə
vaxtlarının səmərəli keçirilməsinin təşkil olunmasıdır. "edu.ann.az” saytı
vasitəsi ilə 5-11-ci sinif şagirdləri onlara tapşırılan əlavə ədəbiyyat
materiallarını kitabxanaya getmədən, qısa bir zamanda əldə edə biləcəklər.
Təqdimatlar Xətai rayonu 204 nömrəli tam orta məktəbdə,
Nəsimi rayon 5 nömrəli tam orta məktəbdə, Suraxanı rayon 285 nömrəli tam orta məktəbdə,
Binəqədi rayon 246 saylı tam orta məktəbdə və Nizami rayon 12 nömrəli tam orta
məktəbdə keçirilib. Təqdimatlarda iştirakçılar "edu.ann.az” saytı barəsində məlumatlandırılıb,
müəllimlərin təklifləri dinlənilib və məktəblilərin sualları cavablandırılıb.
Sözü gedən layihə Nizami rayon 12 nömrəli məktəbin
rəhbərliyi tərəfindən bəyənilib və rəhbərlik
tərəfindən təqdimat mərasimində iştirak edə bilməyən şagirdlər üçün "edu.ann.az”
saytının təqdimatının yenidən keçirilməsi ilə bağlı təkliflər verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil
Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsinin dəstəyi ilə ANN.az xəbər portalının
hazırladığı "edu.ann.az” elektron kitab portalının təqdimatına 8 aprel 2016-cı
il tarixində başlanılmışdır.
Nəzərinizə çatdırırıq ki, "edu.ann.az” layihəsi çərçivəsində
həyata keçirilən tədbirlərin Bakı şəhərinin digər ümumtəhsil məktəblərində də
baş tutması planlaşdırılır.












www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər