Əfsanəvi komandirin çevriliş qəhrəmanına vəfası

16:45 | 12.07.2018
Əfsanəvi komandirin çevriliş qəhrəmanına vəfası

Əfsanəvi komandirin çevriliş qəhrəmanına vəfası

Türkiyə ordusunun keçmiş xüsusi təyinatlı qüvvələr komandanı Zəkai Ağsaqqallının 15 iyul çevriliş gecəsinin qəhrəmanlarından hesab olunan şəhid Ömər Xalisdəmirin xatirəsinə göstərdiyi ehtiram Türkiyə mətbuatında gündəmə çevrilib.

Axar.az xəbər verir ki, çevriliş gecəsi və "Fərat qalxanı” əməliyyatı zamanı göstərdiyi igidliyə görə "Əfsanəvi komandir” adlandırılan Ağsaqqallının tez-tez şəhid Ömər Xalisdəmirin qəbrini ziyarət etməsi mətbuat orqanlarında "böyük vəfa nümunəsi” kimi təqdim edilib.

Məlumata görə, Zəkai Paşa Ömər Xalisdəmiri hələ çavuş olduğu vaxtlardan tanıyıb və onu ordu sıralarında yüksəlməsi üçün həvəsləndirib. Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı hətta Xalisdəmirin imtahan cədvəlinə belə nəzarət edib. Çevriliş gecəsi də məhz Xalisdəmirə vətən xaini Semih Dərzini öldürməyi tapşıran general oğlu qədər sevdiyi əsgərinin xatirəsini unutmayıb.

Generalın yaxınlarının sözlərinə görə, Ağsaqqallı tez-tez şəhid Ömər Xalisdəmirin qəbrini ziyarətə gedir, məzarı başında "Fatihə” oxuyaraq ruhunu yad edir.

Xatırladaq ki, 15 iyul çevriliş gecəsi TSQ-nın Xüsusi Təyinatlı Qüvvələr Qərargahını ələ keçirmək üçün gələn vətən xaini general Semih Dərzini vuran Ömər Xalisdəmir bu hərəkəti ilə çevriliş gecəsinin qəhrəmanları sırasına adını yazdırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb