"Əgər elədisə, sabah onlara..." – Rahid Əmirquliyev

"Çexiya barədə çox danışmağa ehtiyac yoxdu. Hamı onların necə komanda olduğunu yaxşı bilir”.
ANN.AZ apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Rahid Əmirquliyev deyib.
DÇ-2018-in seçmə mərhələsində ilk 2 oyundan sonra aktivində 6 xal olan millimiz növbəti görüşünü sabah Çexiyaya qarşı keçirəcək.
Millimizin oyunöncəsi mətbuat konfransında iştirak edən Əmirquliyev bunları əlavə edib:
"Bizi sabah çətin görüş gözləyir. Rəqibi yaxşı təhlil etmişik. Öz oyunumuzu göstərib, sərfəli nəticə əldə etməyə çalışacağıq”.
- Çexiya yığmasının çalışdırıcısı bildirdi ki, Robert Prosineçkini məşqçi kimi yox, sabiq futbolçu kimi tanıyır. Sabah məşqçinizi ona tanıtdıra biləcəksizmi?
- Mən inanmıram ki, o, Prosinçekini tanımasın. Əgər elədisə, sabah onlara baş məşqçimizi tanıtdıracağıq. Bunun üçün əlimizdən gələni edəcəyik.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər