Elçin Əlibəylinin apardığı veriliş bağlandı

09:14 | 09.12.2018
Elçin Əlibəylinin apardığı veriliş bağlandı

Elçin Əlibəylinin apardığı veriliş bağlandı

Elçin Əlibəylinin aparıcısı olduğu "Sehrli ilmələr" verilişi həmişəki vaxtda, şənbə günü saat 12:00-da yayımlanmayıb.

Metbuat.az bununla bağlı Elçin Əlibəyli ilə əlaqə saxlayıb və o xəbəri təsdiqləyib, amma əsas səbəbi açıqlamayıb.

Açıqlama vermək səlahiyyətində olmadığını deyən aparıcı səbəbi Space TV- və layihənin sahibi "Azərxalça" ASC-nin daha dəqiq bildiyini söyləyib.
Space TV-nin icraçı direktoru Kamil Şahverdiyev Metbuat.az-a verdiyi açıqlamada qeyd edib ki, layihə 1 aylıq nəzərdə tutulduğu üçün dayanıb.
O, həmçinin bildirib ki, 2019-cu ildə layihə yenidən davam edə bilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM