• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Elnur Hüseynov: Birinci olacam

Elnur Hüseynov: Birinci olacam
18.05.2015 09:12
Avstriyanın paytaxtı Vyanada "Eurovision-2015” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.

Tarixi Rathaus meydanında təşkil olunan mərasim "Eurovision-2014”-ün qalibi Avstriya nümayəndəsi Konçita Vurst tərəfindən açılıb. Sonra müsabiqəyə qatılacaq ölkələrin nümayəndələri qırmızı xalça üzərinə çıxıb.

Azərbaycan nümayəndəsi Elnur Hüseynov "Anadolu” Agentliyinin müxbirinə Vyanada çox gözəl bir mühit olduğunu ifadə edərək, birinci olacağına inandığını söyləyib.

Böyük final mayın 23-də olacaq

Avstriya "Eurovision” mahnı müsabiqəsinə 1967-ci ildən sonra ikinci dəfə ev sahibliyi edir.

Danimarkanın paytaxtı Kopenhagendə mayın 16-da keçirilən "Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst "Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı.

"Eurovision-2015” mahnı müsabiqəsinin ilk yarım finalı mayın 19-da, ikinci yarım final mayın 21-də, final isə mayın 23-də olacaq.

40 ölkə iştirak edir

Müsabiqədə 40 ölkə iştirak edir: Azərbaycan, Danimarka, Hollandiya, Litva, İrlandiya, İsrail, Gürcüstan, Ermənistan, Estoniya, İtaliya, Polşa, İngiltərə, Almaniya, Finlandiya, Avstraliya, İsveçrə, Avstriya, Sloveniya, İspaniya, İsveç, Çex Respublikası, Fransa, Macarıstan, Belarus, Malta, Makedoniya, Rusiya, İslandiya, Yunanıstan, Belçika, Albaniya, Portuqaliya, Çernoqoriya, Norveç, Serbiya, Kipr, San Marino, Latviya, Moldova və Rumıniya.

Avstraliyanın ilk dəfə qatıldığı müsabiqədə Çex Respublikası 5 il, Kipr və Serbiya isə 1 il aradan sonra yenidən iştirak edir.

Ukrayna isə maliyyə və siyasi səbəblərdən müsabiqəyə qatılmayacağını açıqlamışdı.

Budəfəki müsabiqədə yer almayan Türkiyə 2013-cü və 2014-cü illərdəki yarışmalarda da iştirak etməyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol