Elşad Xose “Maşın”dakı iştirakçı haqda danışdı

11:47 | 18.10.2017
Elşad Xose “Maşın”dakı iştirakçı haqda danışdı

Elşad Xose “Maşın”dakı iştirakçı haqda danışdı

Hazırda "Maşın” şouda avtomobil uğrunda mübarizəni davam etdirən reper Elşad Xose verilişlə bağlı təəssüratlarını Oxu.Az-la bölüşüb.

"Bu, şouda ikinci iştirakımdır. Birinci dəfə verilişə 10 il əvvəl qatılmışdım. O vaxtdan ab-hava da dəyişib. Elə iştirakçılar var ki, mən onlarla oynamışam, ona görə bu oyun mənim üçün maraqlıdır”.

O, sosial şəbəkədə reper Rauf Əhmədovla bağlı paylaşımından da bəhs edib:

"Raufla həyatda dost münasibətim var. Ona görə hədəf seçiləndə, ona dəstək oldum. Təvazökarlıqdan uzaq da olsa deyim ki, bu da nəticələrə dərhal öz təsirini göstərdi. Amma o, öz fikrini dəyişdi. Buna görə aramızda bir qədər soyuqluq yarandı və bu günə qədər də davam edir. Tək Raufla bağlı deyil, digər iştirakçılarla da əlaqəli elə nüanslar var ki, onları söyləmək istəmirəm. Oyun bitəndən sonra hər şey aydın olacaq”.

Xatırladaq ki, E.Xose sosial şəbəkədə həmkarı barəsində "Mənə görə Raufa səs göndərənlərə təşəkkür edirəm. Amma bilsəydim ki, belə olacaq, boşuna səs istəməzdim. Raufa bu səslər düşmürdü” sözlərini yazmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM