• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

“Elşən İsmayılov apelyasiya şikayəti verməyib” - Vəkil

“Elşən İsmayılov apelyasiya şikayəti verməyib” - Vəkil
22.04.2016 13:55
"Elşən İsmayılov apelyasiya şikayəti verməyib” – bunu ANN.Az-a açıqlamasında jurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinən Elşən İsmayılovun vəkili Səfər Hüseynov deyib.

Vəkilin sözlərinə görə, həmin işlə əlaqədar apelyasiya şikayəti verməyin vaxtı bitib: "Elşən İsmayılov apelyasiya şikayəti verməyib. Ola bilsin, ailəsi başqa vəkil tutub, mənimlə yenidən müqavilə bağlamadılar. Elşənin istintaqda, məhkəmədə vəkili idim. Ancaq yenidən vəkillik üçün müqavilə müddətini uzatmadılar”.
 
Mərhum jurnalistin ölümündə təqsirləndirilən digər 4 nəfər - Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

Qeyd edək ki, Bakı şəhər sakini, ANN.Tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu 2015-ci il Avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dekabr ayının 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Cəmiyyət 11:09
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Azərbaycan suriyalı qaçqınları qəbul edəcəkmi? - AÇIQLAMALAR
Cəmiyyət 11:05
Azərbaycan suriyalı qaçqınları qəbul edəcəkmi? - AÇIQLAMALAR
Cəmiyyət 10:24
"Pensiya yaşının artırılması gərginliyə səbəb olacaq" - SOSİOLOQ
Küçə hasarlarından dini şüarlar silinir, evlərə sayğaclar quraşdırılır - Nardarandan FOTOLAR
Cəmiyyət 10:04
Küçə hasarlarından dini şüarlar silinir, evlərə sayğaclar quraşdırılır - Nardarandan FOTOLAR
Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi
Cəmiyyət 09:42
Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi
Məhkəmələr
Cəmiyyət 08:34
Məhkəmələr "elektron sistem" qərarını niyə icra etmir?
Azərbaycan prezidenti əfv sərəncamı imzaladı - TAM SİYAHI
Cəmiyyət 04:58
Azərbaycan prezidenti əfv sərəncamı imzaladı - TAM SİYAHI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol