Axşam.az-ın məlumatına görə, sənətçinin kök və arıq halının fotosu birləşdirilərək onun dərman vasitəsiylə arıqladığı bildirilib. Hətta arıqlama dərmanlarının satışı ilə məşğul olan şirkət Emmanın onların məhsullarından istifadə etdiyini yayıb.
Sosial şəbəkədə yayılan reklam xarakterli foto Ələkbərzadəni özündən çıxarıb. Əməkdaşımızla söhbətində müğənni qarşı tərəfi cəzalandıracağını deyib:
"Bununla bağlı tədbir görüləcək. Artıq müraciət etmişəm. Nə qədər sakit insan olsam da, mən əqrəb bürcündənəm. Üzr istəyiblər, amma onun əhəmiyyəti yoxdur. Milyonlarla insan həmin şəkli və onların iddiasını görüb.
Nə Azərbaycanda, nə də xaricdə heç bir insan deyə bilməz ki, Emma əməliyyat və ya dərmanla arıqlayıb. Bu, çox ciddi şər və böhtandır. Mən pəhrizlə arıqlamışam. Çox az insan məni özümdən çıxara bilər. Onlar da bunu etdi. İndi məni gözləsinlər".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !