Çempionlar Liqasında yarımfinal həyəcanı başlayır

13:45 | 24.04.2018
Çempionlar Liqasında yarımfinal həyəcanı başlayır

Çempionlar Liqasında yarımfinal həyəcanı başlayır

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.

Anews.az-ın xəbərinə görə, ilk yarımfinal oyununda İngiltərənin Liverpul klubu İtaliyanın Roma komandasını qəbul edəcək.

"Enfild Roud” stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Çempionlar Liqası tarixinin ən uğurlu komandalarından sayılan "Liverpul” 10 ildən sonra yarımfinal həyəcanı yaşayacaqsa, "Roma” buna qədər birinci və sonuncu dəfə 1984-cü ildə bu mərhələdə çıxış etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb