Ən bahalı saatı kimlər taxır?Məşhur saatsaz danışdı

12:35 | 20.04.2018
Ən bahalı saatı kimlər taxır? – Məşhur saatsaz danışdı

Ən bahalı saatı kimlər taxır?Məşhur saatsaz danışdı

Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov yanıma bir neçə dəfə saatını gətirib, düzəltmişəm. Novruz müəllim elə də bahalı saat taxmır. Zəngilanın sabiq icra başçısı Ələkbər Həşimov isə təmir üçün gətirdiyi saatını o vaxtın pulu ilə 1500 dollara aldığını demişdi.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycanda əksər məşhurlarının və siyasətçilərin tez-tez üz tutduğu ölkənin ən məşhur saatsazı Hacı Fətəliyev Modern.az-a verdiyi geniş açıqlamasında bildirib.

H.Fətəliyev deyib ki, yanına təmir üçün gətirilən ən bahalı saatın sahibi müğənni Cavanşir Məmmədov olub:

"Cavanşir Məmmədov 40 minlik saat taxır, neçə dəfə xarab olub, gətirib düzəltmişəm. Həmçinin Ədalət Şükürov da bahalı saatlar taxır”.

Nəşhur saatsaz bildirib ki, ölkənin əksər siyasiləri nasaz saatlarını ona həvalə edirlər. Bəzi şiyasətçilər təmirə ehtiyacı olan saatını sürücüsü ilə göndərsə də, bir çoxları özləri gəlir:

"Deputatların çoxu saatı xarab olanda mənə göndərir. Amma əksəriyyəti sürücüylə göndərir ki, Hacıya ver, düzəltsin. Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov özü bir neçə dəfə saatını gətirib düzəltmişəm. Düzü, çox da bahalı saat deyildi”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM