Ərdoğan Əliyevə söz verdi: 24 iyundan sonra...

15:49 | 25.04.2018
Ərdoğan Əliyevə söz verdi: 24 iyundan sonra...

Ərdoğan Əliyevə söz verdi: 24 iyundan sonra...

24 iyunda keçiriləcək seçkilərdən sonra, inşallah, mən də ilk xarici səfərimi Azərbaycana gerçəkləşdirəcəm.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

Ərdoğan İlham Əliyevə prezident seçkilərindən sonra ilk səfər yeri kimi Türkiyəni seçdiyinə görə təşəkkür edib. Türkiyə lideri bildirib ki, Azərbaycan FETÖ ilə mübarizədə bizə ən çox dəstək verən ölkədir:

"Biz də Dağlıq Qarabağ problemini öz problemimiz olaraq qəbul edirik”, - Ərdoğan deyib.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gündən Türkiyədə rəsmi səfərdədir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM