Ərdoğan məhv edilən terrorçu sayını açıqladı

22:19 | 17.04.2018
Ərdoğan məhv edilən terrorçu sayını açıqladı

Ərdoğan məhv edilən terrorçu sayını açıqladı

"Zeytun budağı” əməliyyatı başladığı gündən bu yana 4 min 755 terrorçu zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının toplantısında deyib.

Onun sözlərinə görə, yanvarın 20-dən bu günə kimi ölkə daxilində 209, Şimali İraqda 341, Afrində isə 4 min 205 terrorçu məhv edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti