Ərdoğanın rəqibi bəlli oldu

11:24 | 04.05.2018
Ərdoğanın rəqibi bəlli oldu

Ərdoğanın rəqibi bəlli oldu

Türkiyənin ana müxalifəti hesab olunan Cümhuriyyət Xalq Partiyası (CHP) prezidentliyə namizədini açıqlayıb.


Qaynarinfo xəbər verir ki, partiya bu gün keçirilən iclasında Muharrem İncinin namizədliyini irəli sürüb.


Qeyd edək ki, 24 iyunda keçiriləcək prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, İYİ Partiyadan Meral Akşener, Səadət Partiyasından Temel Karamollaoğlu, Xalqların Demokratik Partiyasından isə Selahattin Demirtaşın prezidentliyə namizədliyi irəli sürülüb. Milliyyətçi Hərəkat və Böyük Birlik partiyaları isə Ərdoğanın namizədliyini dəstəkləyəcəkləri barədə qərar qəbul ediblər.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM