• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Ərdoğanın son sözü: Mümkün deyil

Ərdoğanın son sözü: Mümkün deyil
29.07.2015 12:36
Türkiyə prezidenti parlamenti kürdlərin PKK qrupu ilə təmasa girməməyə çağırıb.

"Türkiyə hədəflərinə basqınların davam etdiyi bir vaxtda PKK ilə sülh prosesini davam etdirmək mümkün deyil".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın bəyanatı Brüsseldə keçirilən NATO ölkələrinin fövqəladə toplantısında Türkiyənin İŞİD terrorçu qruplaşması və kürd silahlılarına qarşı hərbi addımları müzakirəsi vaxtı səslənib.

Türkiyə prezidenti parlamenti kürdlərin PKK qrupu ilə təmasa girməməyə çağırıb. Türkiyə ötən həftə ərzində bir sıra hücumlara məruz qalıb.

Ankara Suriya ilə sərhəd bölgəsində "azad zona"nın yaradılmasını istəyir.


"İŞİD-dən azad zona"nın yaradılması planları üzərində iş gedir

Əvvəllər İŞİD-ə qarşı koalisiya qüvvələrinin kampaniyasına həvəs göstərməyən Türkiyə, hazırda Suriyada yerləşən İŞİD və İraqın şimalındakı PKK terrorçularına qarşı reydlərə başlayıb.

Fövqəladə toplantı

Brüsseldə keçirilən görüş Türkiyə tərəfindən çağırılıb. Alyansın tarixində beşinci dəfədir ki, üzv dövlət belə bir görüş istəyir.

Üzv ökələr öz ərazi bütövlüyü və ya təhlükəsizliyi təhlükə altında olarsa belə bir sammit çağıra bilər.

Bu arada Türkiyədə davam etdirilən polis əməliyyatında İŞİD və PKK qruplarına üzv olmaqda şübhəli bilinən 1000-dən artıq adam həbs edilib.

ABŞ və Türkiyə Suriya ilə sərhəd boyu "İŞİD-dən azad zona"nın yaradılması planları üzərində işləyirlər.

Zona daxilində İŞİD terrorçu qruplaşması ilə yanaşı PKK mövqelərinin hədəflənəcəyi nəzərdə tutulur. PKK ilə İŞİD-i terrorçu tanıyan Ankara onlar arasında fərq görmədiyini bildirir.

Turkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib ki, "təhlükəsizlik zonasının" yaradılması Suriya qaçqınlarının qaytarılmasına zəmin yarada bilər.

Türkiyədə 1,8 milyona yaxın suriyalı qaçqın yerləşdirilib

Zərbələr

Ötən həftə Türkiyənin baş naziri Əhmət Davudoğlu Türkiyə təyyarələrinin ölkənin təhlükəsizliyini təmin etmək üçün Suriyada İŞİD və İraqın şimalındakı kürd silahlılarının mövqelərinə qarşı hava hücumları həyata keçirdiyini deyib.

Bu 2013-cü ildə elan olunmuş atəşkəsdən sonra PKK hədəflərinə ilk həmlədir. Hücumlar Suruç şəhərində 32 adamın ölümü ilə nəticələnən bomba partlayışı və sərhəd bölgəsində silahlılarla atışmadan sonra başlayıb.

PKK separatçıları ötən çərşənbə günü iki türk polisinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Suriya münaqişəsi zamanı Türkiyədə 1,8 milyona yaxın suriyalı qaçqın yerləşdirilib. 1984-cü ildən bəri PKK terrorçuları ilə döyüşlərdə 40 minə yaxın insan həyatını itirib. / BBC

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol