ABŞ-ın "New York Times” qəzeti Səudiyyə Ərəbistanının jurnalist Camal Kaşıkçının öldürülməsində vəliəhd şahzadə Məhəmməd bin Salmana yaxın olan kəşfiyyat zabitini ittiham etməyə hazırlaşdığını bildirib.
İddiaya əsasən bu şəxs general Əhməd əl Əssiridir.
Qəzetə məlumat verən mənbənin xəbərinə əsasən, general şahzadədən Kaşıkçını həbs etmək üçün icazə alıb. Amma Əssiri bu səlahiyyəti ya səhv anlayıb, ya da səlahiyyətini aşaraq jurnalisti qətlə yetirib. Bu barədə Səudiyyə mənbələri artıq Ağ Evi də məlumatlandırıb və generalın adını verib. General Əssiri Yəməndə Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı hərbi müdaxilənin mətbuat katibi olub və şahzadə Məhəmmədə ən yaxın adamlardan biridir.
Ağ Evə yaxın bir mənbə isə bildirib ki, Cared Kuşner qayınatası Donald Trampdan şahzadəni dəstəkləməsini istəyib./olke.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !