Ərəb serialında Ərdoğana qarşı kadr

21:18 | 14.06.2018
Ərəb serialında Ərdoğana qarşı kadr

Ərəb serialında Ərdoğana qarşı kadr

BƏƏ-yə məxsus televiziya kanalında yayımlanan serialda Türkiyə və Ərdoğanla bağlı çəkilən səhnə qardaş ölkədə kəskin narazılığa səbəb olub.

Kult.az xəbər verir ki, ərəb dünyasında ən çox izlənən serialın son bölümünə Türkiyə və Ərdoğan düşmənçiliyi damğa vurub.

Misir istehsalı olan və BƏƏ-yə aid televiziyada yayınlanan "Kalabş” (Kod) adlı serialda Ərdoğan Misirin Sina bölgəsindəki terror qruplaşmalarına dəstək verməkdə ittiham edilib.

Əmir Karara adlı misirli aktyorun baş rolda oynadığı serialda kəşfiyyat idarələrinin fəaliyyətindən danışılır. Son bölümdə Ərdoğanın portreti ilə türk bayrağının yerləşdiyi bir otaqda özlərini türk kəşfiyyat xidmətinin əməkdaşları olaraq göstərən bir qrup şəxs keçirdikləri toplantıda terrorçulara dəstək qərarı verirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb