Ərəb şirkəti Azərbaycanda filial açdı

11:00 | 25.04.2018
Ərəb şirkəti Azərbaycanda filial açdı

Ərəb şirkəti Azərbaycanda filial açdı

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco”nun törəməsinin Azərbaycandakı nümayəndəliyi - "Aramco Overseas Company Azerbaijan” MMC dövlət qeydiyyatına alınıb.

Anews.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 48, mənzil 22-dir.

MMC-nin nizamnamə kapitalı 10 min avro, qanuni təmsilçisi isə Səudiyyə Ərəbistanı vətəndaşı Talal Almarri Husaindir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM