Ərəbistanda şahzadələri döyüb, təhqir edirlər

23:13 | 23.11.2017
Ərəbistanda şahzadələri döyüb, təhqir edirlər

Ərəbistanda şahzadələri döyüb, təhqir edirlər

Bu ayın əvvəlində Səudiyyə Ərəbistanında saxlanılan kral ailələrinin üzvləri və biznesmenlər işgəncələrə məruz qalır.

AzVision.az xəbər verir ki, bu barədə "Daily Mail” nəşri məlumat yayıb.

"Onları döyür, işgəncələr verirlər. Hətta onları sillələyir və təhqir edirlər”, - deyə krallıq ailəsindən olan mənbə nəşrə bildirib. 

Nəşr yazır ki, şahzadələri "Academi” şirkətinin əməkdaşları döyür.

"Şahzadələrin saxlanıldığı otellərin qarşısında Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanlarına məxsus zirehli maşınları görmək olar, lakin otelin içərisində özəl şirkətin əməkdaşları fəaliyyət göstərir” - nəşrin məlumatında qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb