İrəvan sakinlərinə Yeni il süfrələrini qoyun əti adı altında eşşət əti ilə bəzəmək təklif edilir. Vətəndaşların müraciətləri işbazların bu fırıldağının üstünü açmağa kömək edib. Həbs edilənlər olub və bir tona yaxın eşşək, at əti götürülüb.
Şahidlərin sözlərinə görə, ətlərin satışı bir neçə gün davam edib. Alver də yaxşı gedib. Yoxsul paytaxt sakinlərini görünür ki, nisbətən ucuz qiymət çox qane edib. Amma elə cinayətin üstü də onların sayəsində açılıb.
İrəvan mağazalarından birində Azərbayacan konfetləri, ölkəmizdən gedən almalar tapılanda görünməmiş qalmaqal olmuşdu. Onlarla yoxlama komissyası təşkil edilib, xüsusi yoxlamalar aparılıb. Ölkə rəhbərliyi təntənəli çıxışlar edib, and aman edilib ki, heç bir Azərbaycan məhsulu Ermənistanın starteji maraqlarına ziyan vurmaq üçün sərhəddən keçə bilməyəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !