Erməni deputatlar Qız Qalasında

19:27 | 23.09.2017
Erməni deputatlar Qız Qalasında

Erməni deputatlar Qız Qalasında

Azərbaycanda səfərdə olan Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakı şəhərinin mərkəzi küçələrini gəziblər.

"Qaynarinfo" modern.az-a istinadən xəbər verir ki, erməni deputatlar Qız qalasında olublar. Həmçinin paytaxtda yerləşən erməni kilsəsinə də baş çəkiblər. Daha sonra restoranların birində nahar ediblər.

Qeyd edək ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəliblər.

Onların sentyabrın 28-nə kimi Bakıda olacağı gözlənilir…
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb