Erməni gənclər əsgər getməmək üçün aksiya keçirdilər - VİDEO

12:17 | 15.12.2018
Erməni gənclər əsgər getməmək üçün aksiya keçirdilər - VİDEO

Erməni gənclər əsgər getməmək üçün aksiya keçirdilər - VİDEO

Gürcüstanın Ermənistanla sərhəddindəki Ninoçminda-Bavra nəzarət-keçid məntəqəsində Cavaxetiyada yaşayan və yaşı 27-dək olan erməni gənclər etiraz aksiyası keçiriblər.

ANEWS.AZ azvision.az-a istinadən xəbər verir ki, aksiyaçılar ikili vətəndaşlığa və Ermənistan pasportuna malik olduqlarını, bu səbəbdən Rusiyadan evə qayıdarkən çətin vəziyyətə düşdüklərini bildiriblər. 

Etirazçıların sözlərinə görə, indi onları ya məcburən Ermənistan ordusunda xidmətə çağıracaqlar, ya da bundan imtina etsələr 5 il həbs cəzası alacaqlar. Bildirilib ki, hazırda 5 mindən çox erməni eyni səbəbə görə axtarışa verilib və bu, isə onlara qarşı haqsızlıqdır. 

Gürcüstan-Ermənistan sərhəddinə yığışan etirazçılar onu da bəyan ediblər ki, İrəvana gedib Ermənistan Polisinin rəisi Valeri Osipyanla görüşərək bu problemin birdəfəlik həllini tələb edəcəklər. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb