Erməni general: " Postlar döyüşsüz verildi" - ŞOK AÇIQLAMA

09:45 | 07.08.2017
Erməni general:

Erməni general: " Postlar döyüşsüz verildi" - ŞOK AÇIQLAMA

Ermənistan hərbçiləri  2016-cı ilin aprelində  postları döyüşmədən təhvil verib, bunu erməni generalı Manvel Qriqoryan bildirib.
 
"Axərbaycan silahlı bölmələri elə də ciddi silahdan  istifadə etməyib. Postlarda da dağıntı yoxdur. Bu o deməkdir ki, postlara sərbəst daxil olublar. Hərbçilər öz döyüş yerlərini  tərk edib", deyə Qriqoryan vurğuayıb. 
 
O, hətta erməni əsgərlərinə başına ləçək bağlamağı tövsiyə edib. 
 
Digər erməni hərbçisi  Vahan Badrasyan isə generalın dediklərini kobudluq adlandırıb və ondan erməni hərbçilərindən  üzr istəməsını tələb edib. 
 
2016-cı ilin aprelində Azərbaycan silahlı  qüvvələri ermənilərin təxribatlarına cavab olaraq döyüş əməliyyatları həyata keçirib. Nəticədə ermənilərin nəzarətində olan vacib  mövqelər düşməndən azad olunub. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM