Erməni hərbçi bıçaqlandı

12:50 | 23.09.2017
Erməni hərbçi bıçaqlandı

Erməni hərbçi bıçaqlandı

Ötən gün saat 21:00-da Ermənistanın Vardenis qarnizon hospitalına yaralı şəxs daxil olub.

anews.az azvision.az-a istinadən bildirir ki, sinəsindən bıçaqlanan hərbçi Qegarkunik vilayətinin Akunk kəndinin sakini 31 yaşlı Edvard Xaçatryandır. 

Polisin araşdırmasına görə, "Surp Vardan" (Müqəddəs Vardan) adlanan ərazinin yaxınlığında Akunk kənd sakinləri olan Edvard Xaçatryan, 35 yaşlı Edmon Xaçatryan, 40 yaşlı Edik Xaçatryan və 45 yaşlı Mher Papeyan arasında mübahisə olub. Mübahisə zamanı Mher Papeyan Edvard Xaçatryana bıçaq zərbələri endirib. 


Məlumata görə, M. Papeyan "QeoProMayninq" QSC-nin əməkdaşı, Edvard Xaçatryan isə Ermənistanın Müdafiə Nazirliyinə məxsus "N" saylı hərbi hissənin hərbi qulluqçu, Edmon Xaçatryan Vardenis isə yanğından xilasetmə dəstəsində sürücüdür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM