Erməni hərbçi yaşlı qadını vurub, "Range Rover" üstündən keçdi

12:20 | 14.12.2018
Erməni hərbçi yaşlı qadını vurub,

Erməni hərbçi yaşlı qadını vurub, "Range Rover" üstündən keçdi

Bu gün İrəvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Anews.az azvision.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinə məxsus yük maşını 60-65 yaşlı qadını vurub.

Hadisə şahidləri bildiriblər ki, avtomobildən çıxan hərbçi qadına yardım etmək istəsə də, yüksək sürətlə hərkət edən "Range Rover" markalı maşın yerə yıxılan qadının üstündən keçib. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Hazırda faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM