Erməni kəşfiyyatçı açıqladı: "2 gün sonra hücuma keçəcəyik"

16:44 | 13.06.2018
Erməni kəşfiyyatçı açıqladı:

Erməni kəşfiyyatçı açıqladı: "2 gün sonra hücuma keçəcəyik"

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçı "Arsax (Qarabağ) işığı” təşəbbüs qrupu qondarma rejimin "prezidenti” Bako Saakyanın istefa verməsini tələb edir.

Anews.az publika.az xəbər verir ki, təşəbbüs qrupunun üzvü, erməni kəşfiyyatçı Vaan Badasyan iyunun 15-nə qədər vaxt verdiklərini deyib.

"Bako Saakyan xalqı aldatdı, o, 2020-ci ildə namizəd olmayacağını deyir, lakin biz buna inanmırıq. Buna görə də o dərhal istefa verməlidir. İyunun 15-nə qədər gözləyəcəyik, sonra hərəkətə keçəcəyik. Ən düzgün yol istefaya getməkdir. Çünki Saakyan 2020-ci ilə qədər qalarsa, saxtalaşdırma yolu ilə Serj Sarkisyanın başqa bir adamını gətirəcəklər. İyunun 15-nə qədər qərar verəcəyik və sonra hücuma keçəcəyik. Küçə toqquşmalarının olacağı istisna deyil”, - deyə o bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM