Ermənistanda avtoqəza zamanı polkovnik rütbəli hərbi qulluqçu ölüb.
Ordu.az xəbər verir ki, bu gün saat 09:30 radələrində Ararat vilayətinin Araksavan kəndinin su keçidində "Toyota Vitz" markalı avtomobil aşkarlanıb.
Xilasedicilərin həyata keçirdiyi tədbirlər nəticəsində İrəvan şəhər sakini 73 yaşlı Eduard Qevorkyanın meyiti aşkarlanaraq, avtomobildən çıxarılıb.
Məlumata görə, meyiti aşkarlanan Qevorkyan polkovnik rütbəli hərbi qulluqçu olub. Hadisə iştirakçılarının dediyinə görə, Qevorkyan milli təhlükəsizlik nazirliyinin keçmiş əməkdaşı olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !