Erməni və gürcü diplomatlar dalaşdı

11:33 | 21.02.2018
Erməni və gürcü diplomatlar dalaşdı

Erməni və gürcü diplomatlar dalaşdı

Diplomatlar futbola görə üz-üzə gəliblər

Tallində erməni və gürcü diplomatlar arasında dava düşüb. "Sputnik Estoniya"nın verdiyi məlumata görə, paytaxtda ənənəvi xeyriyyə mini futbol turniri "Diplomat Cup" keçirilib. Lakin final matçı dava ilə yadda qalıb. 

Finalda Ermənistan və Gürcüstandan olan diplomatlar qarşılaşıblar. Bu dəfə də onların qarşılaşması ötən il olduğu kimi davasız keçməyib. Hətta hər iki komandanın azarkeşləri də oyunçulara dəstək olmaq üçün stadiona giriblər. Hakim iki oyunçunu oyundan çıxarıb. 

Matç 1:1 hesabı ilə bitib. Nəticəni penaltı müəyyən edib. Burada isə gürcülər ermənilərdən fərqləniblər. 

Turnirdə 8 komanda iştirak edib. Onların arasında Estoniya parlamenti ilə yanaşı, Moldova, Böyük Britaniya, Türkiyə və s ölkələrin səfriliklərinin əməkdaşları olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti