Ermənilər cəbhəni qoyub qaçır - Sarkisyan susur

22:33 | 18.11.2017
Ermənilər cəbhəni qoyub qaçır - Sarkisyan susur

Ermənilər cəbhəni qoyub qaçır - Sarkisyan susur

Erməni xalqı hakimiyyəti ələ keçirmiş klanla çox asan mübarizə üsulu tapıb - ölkəni tərk edirlər və bununla da hər şey bitir.

İstiPress-in məlumatına görə, bu barədə müxalifətçi Erməni Milli Konqressinin üzvü Myasnik Malxasyan "1in.am” portalına müsahibəsi zamanı bildirib.
Malxasyan Ermənistan hakimiyyətinin orduya əsgər yığmaqla bağlı problemlə üzləşdiyini və amma bunu etiraf etmədiklərini vurğulayıb: "Təbii ki, hakimiyyət bunu etiraf edə bilməz. Əgər onlar etiraf edirlərsə, deməli ölkəni idarə edə bilmədiklərini, mühacirəti saxlaya bilmədiklərini etiraf etmiş olarlar”.

Ermənistan ordusunda isə həddindən dözülməz vəziyyət yaranıb. Erməni KİV-lərinin yazdığına görə, son vaxtlar demək olar ki, hər gün "dedovşina” zəminində ermənistanlı hərbçilər tərəfindən cinayətlər törədilir. Məsələn, döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış qaydalarının pozulması davaya səbəb olub. Nəticədə hər iki əsgər xəsarət alıb. Başqa bir cinayət hadisəsi nəticəsində  baş nahiyəsindən xəsarət alan və hər iki qolu qırılan rabitə bölüyünün hərbi qulluqçusu Mxitar Abramyan hospitala yerləşdirilib.Onun sözlərinə görə, əsgər getməmək üçün ölkəni tərk edənlərin əksəriyəti imkanlılardır: "Orduda hakimiyyət təmsilçilərinin balaları yoxdur. Onlar müxtəlif yollarla xidmətdən yayınırlar. Əsasən vaxtında öz övladlarını müxtəlif adlar altında ölkədən çıxarırlar”.  

İşğal olunmuş Madagiz yaşayış məntəqəsində xidmət edən Civan Gevorqyan gecə saatlarında, "Yat” komandasından sonra döyüldüyü üçün valideynləri Ermənistan müdafiə nazirliyinin  istintaq idarəsinə şikayət ediblər. Düşmən ordusunun Hadrut yaşayış məntəqəsi ərazisindəki hərbi hissəsində isə Yura Martirosyan, Qrikor Danielyan və Qarik Martirosyan əlbir olaraq başqa bir hərbçini döyərək ona agır bədən xəsarətləri yetiriblər.

Əslində, Ermənistan hakimiyyəti yalnız Ermənistanın Türkiyə və İranla sərhədlərinin qorunmasında deyil, Qarabağın işğal altında saxlanmasında da havadarı olan Rusiyaya arxalanır. Buna görə Azərbaycan öz ordusunun səviyyəsini ən azından Qarabağda Rusiya xüsusi təyinatlıları ilə döyüşlərə hazır vəziyyətə qaldırmalıdır. Bunun üçünsə yalnız Rusiya texnikası ilə kifayətlənməməli, həm də piyada qoşunlarının peşəkarlığını NATO üstü səviyyəyə yüksəltməlidir. Təbii ki, bu kimi anormal hallar valideynləri övladlarını orduya verməkdən çəkindirir. Nəticədə, istər-istəməz övladlarını Ermənistandan çıxarmağa məcbur olarlar. Myasnik Malxasyanın fikrincə, hakimiyyət də bu işdə maraqlıdır: "Bir vaxtlar baş nazir Tiqran Sarkisyan deyirdi ki, qoy getsinlər, burda qalsalar inqilab edərlər. Faktiki olaraq, onlar arzularına çatıblar”.

Çingiz Rüstəmov
İstiPress 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM