Ermənilər Laçında yeni qəsəbə saldı - VİDEO

21:03 | 06.10.2016
Ermənilər Laçında yeni qəsəbə saldı - VİDEO

Ermənilər Laçında yeni qəsəbə saldı - VİDEO

Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasətinə davam edir. 

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonunun guya Ermənistana aid olduğunu dünya ictimaiyyətinə sübut etmək məqsədilə, ermənilərin həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni abidələrin adlarını dəyişmək və ya üzərinə xaç vurmaqla saxtalaşdırdığı hər birimizə məlumdur. 

Bu gün ermənilər, eyni niyyətlə torpaqlarımızda süni məskunlaşdırma həyata keçirirlər. İstər Ermənistan ərazisindən olan, istərsə də İraq və Suriyadan qaçan erməni ailələri işğal edilmiş torpaqlarımızda yerləşdirilir. 

Bir müddət əvvəl, ermənilər işğal etdikləri Laçın rayonunun Zabux kəndi ərazisində
Ariavan adlı yeni qəsəbə salıblar. AzVision.az-ın erməni mətbuatından əldə etdiyi məlumata görə, 50 evdən ibarət qəsəbə Livan ermənilərinin maliyyəsi hesabına inşa edilib. 

Evlər günəş enerjisi ilə qızdırılacaq. Burada yerləşdirilən ailələrə əlavə yardım da veriləcək. Bu üsuldan qondarma rejim işğal altında olan ərazilərdə yaşamaqdan imtina edən erməniləri cəlb etmək üçün istifadə edir. 

Qəsəbənin açılış mərasimdən videosüjeti təqdim edirik:
 



Qeyd edək ki, ermənilərin hazırda Aqavno adlandırdıları Zabux kəndi 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Ermənistana gedən beynəlxalq avtomobil yolu və yeraltı rabitə xətti bu kəndin ərazisindən keçir. 

1918-1920-ci illərdə Azərbaycan torpaqlarını işğal etmək istəyən Andranik Ozanyanın rəhbərlik etdiyi 15 minlik erməni ordusu Sultan bəy Sultanovun başçılığı ilə məhz Zabux kəndində məhv edilmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti