Ermənilər Laçında yeni yaşayış kvartalı saldılar - ŞOK FOTOLAR

23:39 | 04.09.2017
Ermənilər Laçında yeni yaşayış kvartalı saldılar - ŞOK FOTOLAR

Ermənilər Laçında yeni yaşayış kvartalı saldılar - ŞOK FOTOLAR

Sultan bəyin qulağıkəsik Andronikin qoşununu darmadağın etdiyi kənddə işğalçılar 150 yeni ev tikiblər .

Sentyabrın 3-də qondarma Dağlıq Qarabağ Respublikasının Kaşataq rayonunun Axavno kəndində "Ariavan” adlı yeni yaşayış kvartalının açılış mərasimi keçirilib. 

Moderator.az erməni mediasına istinadla xəbər verir ki, açılışda "DQR” "prezident”i Bako Saakyan, "baş nazir” A.Arutyunyan, Erməni Həvari  Kilsəsinin "Artsax” Yeparxiyasının rəhbəri P. Martirosyan da iştirak edib.
 
Xatırladaq ki, sözügedən məntəqə de-yure Azərbaycanın tərkibində olan işğal edilmiş Laçın rayonunun  Həkəri çayı sahilindəki Zabux kəndidir. Ərazidə yeni qəsəbənin tikintisinə livanlı ermənilərin təşkil etdiyi "Artsax Ruts İnvestment” ("ARİ”) kompaniyasının birgə layihəsi əsasında 2014-cü ilin yazından başlanıb. Məlumata görə, 150 evdən ibarət kvartalda  yaşayış üçün Avropa kəndlərinin standartlarına uyğun hər cür şərait yaradılıb.

Onu da unutmayaq ki, 1918-ci ildə məhz  Zabux kəndi ətrafında Qarabağ general-qubernatoru Xosrov bəyin gördüyü tədbirlər nəticəsində qardaşı, el qəhrəmanı Sultan bəyin başçılıq etdyi Azərbaycan oğulları  Şuşaya və Xankəndinə keçmək istəyən erməni general Andronikin minlərlə əsgərini məhv etmişdi.
 









 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb