Ermənilər üçün qorxulu gün

12:56 | 20.01.2018
Ermənilər üçün qorxulu gün

Ermənilər üçün qorxulu gün

Yanvar ayının 22-də Strasburqda AŞPA-nın qış sessiyası öz işinə başlayacaq. Bir aydır ki,  erməni mətbatını bir məsələ maraqlandırır - Qarabağ münaqişəsi ilə bağlı məsələ sessiyanın gündəliyinə salınacaq? Və əlbətdəki qəbul ediləcək qərar.  

Ötən iclaslarda vəziyyət heç də onların xeyrinə olmayıb. Bunun üçün də sessiya işə başlamamızdan çox öncə erməni qəzetləri bəzi ölkələrin nümayəndələrinə hücuma başlayıblar. Onları ən müxtəlif hüquq pozmalarında, Azərbaycana səfərdə, rüşvət almaqda, ölkəmizdə nələrisə (qara kürülü və ya kolbasalı sendviç) yeməkdə ittiham edirlər. Bundan başqa bu gün onlarda Azərbayacan nümayəndə heyətinin deputatlar münasibətləri də qıcıq yaradır. Görünür bu məsələni də İrəvanla razılaşdırmaq lazımimiş...

Bu sessiyaya marağın belə böyük olması nə ilə bağlıdır? Sən demə gündəlik proqramda Serj Sarkisyanın çıxışı nəzərdə tutulub. Əlbətdəki ermənilər çox istəyirlər ki, yeni posta – baş nazir təyin olmamışdan öncə hər şey yaxşı olsun. Xüsusi nümayəndə heyəti yaradılıb, çox sayda konyak suvinerlər hazırlanıb.
Yeri gəlmişkən konyak haqqında – son iclasda Ukraynadan olan deputat Vladimir Aryev bəyan edib ki, erməni deputatlar onu bir yeşik konyakla ələ almaq istəyiblər. Əsas tələbləri isə Qarabağı tanımaq olub. Böyük qalmaqal yarandı.

İndi ermənilər öz suvinerlərini verəndə daha diqqətli olmalıdırlar. Axı əgər AŞPA Ermənistan Azərbaycan torpaqlarının işğalçısı kimi tanısa bu onlar üçün ölümə bərabər olacaq. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM