Ermənilərə görə Meksikadan Rusiyaya uçuş ləngidi

21:45 | 17.01.2018
Ermənilərə görə Meksikadan Rusiyaya uçuş ləngidi

Ermənilərə görə Meksikadan Rusiyaya uçuş ləngidi

Rusiyanın "Rossiya” aviaşirkətinin Meksikanın Kankun şəhərindən Moskvaya uçmalı olan reysi erməni vətəndaşları ilə əlaqədar ləngiyib.

Trend-in məlumatına görə, Meksikanın hüquq-mühafizə orqanları 4 Ermənistan vətəndaşının deportasiyasını tələb edib.

Bununla əlaqədar, təyyarənin uçuşu bir neçə saatlıq ləngiyib. Daha sonra hava limanı uçuşa icazə verməyib. Nəticədə təyyarənin Moskvaya bu gün axşam saatlarında uçacağı planlaşdırılır.

Ermənistan vətəndaşlarının daha əvvəl ABŞ-dan sığınacaq istədikləri məlum olub. Hazırda hadisə ilə bağlı təfərrüatlar araşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb