Ermənilərin daha bir yalanı ifşa olundu

10:58 | 21.06.2018
Ermənilərin daha bir yalanı ifşa olundu

Ermənilərin daha bir yalanı ifşa olundu

Ermənilər yenə təxribata əl atıb, Azərbaycana qarşı yalan və saxta ittihamlarla çıxış etməyə cəhd göstəriblər.

Oxu.Az-ın xəbərinə görə, Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 51-ci Baş Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəri Azərbaycanı ölkəsini izolyasiyaya almaqda, ölkəsinin inkişafına mane olmaqda ittiham edib.

Azərbaycanın QDİƏT PA-dakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə  saytımıza açıqlamasında bu haqda məlumat verərək qeyd edib ki, ermənilər növbəti dəfə beynəlxalq aləmi öz yalanlarına inandırmağa cəhd göstəriblər, amma bu dəfə də cəhdləri alınmayıb.

"Yəni, ümumi müzakirələrdə çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri Qagik Minasyan ölkəsinin qonşu ölkələr, xüsusilə, Azərbaycan tərəfindən izolyasiyaya alındığını və bu səbəbdən Ermənistanın normal inkişaf edə bilmədiyini söylədi.

Onun bu çıxışı, təxribatı, təbii ki, cavabsız qalmadı. Ondan sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev cavab olaraq bildirdi ki, Azərbaycan torpaqlarının iyirmi faizi qonşu ölkə tərəfindən işğal edilib və əhalimizin bir milyon iki yüz min nəfəri öz doğma torpağında məcburi köçkünə çevrilib.

O bildirdi ki, əgər işğal olmasaydı, izolyasiya da olmazdı və Azərbaycan daha yaxşı, region ölkələri isə normal inkişaf edərdi”, - deyə A. Mirzəzadə əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM