Ermənistan Azərbaycanın bu şəhərinə HÜCUMA HAZIRLAŞIR - VİDEO

18:38 | 02.07.2018
Ermənistan Azərbaycanın bu şəhərinə HÜCUMA HAZIRLAŞIR - VİDEO

Ermənistan Azərbaycanın bu şəhərinə HÜCUMA HAZIRLAŞIR - VİDEO

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra qorxuya düşən Ermənistan Naxçıvan istiqamətində hücum etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, erməni ekspertlər cəmiyyəti yeni müharibəyə hazırlayan açıqlamalar verirlər.

Erməni millətçiliyi ilə seçilən Levon Şirinyan iddia edir ki, Azərbaycan Ordusu əlverişli məqamda ərazilərin azad olunması üçün hərəkətə keçəcək.

O təklif edir ki, Ermənistan Naxçıvana hücuma keçməlidir.

"Biz ilk növbədə Naxçıvanı ələ keçirməliyik. Bu, bizim birinci respublikamızın bölünməz hissəsidir. Əsas məsələ indi bizim bunu edib-edə bilmədiyimizdir. Yox olmaq istəyirik, yoxsa yaşamaq?! Mən sülhün psixi xəstəliyini anlamıram. Hazırki hakimiyyət müvəqqətidir, biz təcili olaraq növbədənkənar seçki keçirməli və yeni hakimiyyətlə hücuma keçməliyik. Azərbaycanın qarşısını almaq üçün biz öncədən hücum etməliyik”, - deyə Şirinyan vurğulayıb.

Erməni şərhçi Sarqis Artsruni isə yazır ki, Naxçıvan cəbhəsində müharibə Ermənistanın məğlubiyyəti ilə başa çatacaq: "Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bizə kömək etməyəcək, Azərbaycan bunu əla anlayır”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində hücuma keçdiklərini və Azərbaycanın Ordusuna məxsus postu yandırdıqlarını iddia edib. Hərçənd, erməni hərbi birləşmələrinin atdıqları yandırıcı güllələrin erməni əhalisinə məxsus taxıl zəmilərini yandırdığı ortaya çıxıb.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb