Ermənistan ordusu Qazaxın kəndini atəşə tutub

17:23 | 20.01.2018
Ermənistan ordusu Qazaxın kəndini atəşə tutub

Ermənistan ordusu Qazaxın kəndini atəşə tutub

Ermənistan ordusunun bölmələri Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub.
 
 APA xəbər verir ki, yanvarın 20-də günorta saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib.

Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

Müdafiə Nazirliyi faktı təsdiq edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb