Ermənistan Qarabağda itki verdi

23:16 | 01.09.2017
Ermənistan Qarabağda itki verdi

Ermənistan Qarabağda itki verdi

İşğalçı Ermənistan ordusu Azərbaycan ərazisində növbəti hərbçisini itirib. Musavat.com bubarədə erməni mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Qarabağdakı təmas xəttinin şərq istiqamətində erməni hərbçisi, 1998-ci il təvəllüdlü Ayk Xaçaturyan minaya düşərək ölümcül yaralanıb. Həkimlər onu xilas edə bilməyib. Hadisə 1 sentyabr saat 11.50-də baş verib.

Qeyd edək ki, bu günlərdə işğal altındakı ərazilərimizdə separatçı rejim "bayram" tədbirləri keçirir. Ermənistan prezidenti də növbəti dəfə beynəlxalq hüququ tapdayaraq Qarabağa gəlib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb