Ermənistan vətəndaşlığından imtina edənlərə şok cəza

18:19 | 17.01.2018
Ermənistan vətəndaşlığından imtina edənlərə şok cəza

Ermənistan vətəndaşlığından imtina edənlərə şok cəza

Ermənistan parlamentinin torpaq məcəlləsinə etdiyi yeni düzəlişə görə, bu ölkənin vətəndaşı olmayan insanlar torpaq mülkiyyətçisi ola bilməyəcəklər.

İstiPress-in "NovostiNK”ə istinadən verdiyi məlumata görə, yeni düzəlişə görə, hazırda torpaq sahibi olan xarici ölkə vətəndaşları bir il ərzində mülkiyyətlərində olan torpağı satmalı və ya Ermənistan vətəndaşına həd iyyə etməlidirlər. Düzəlişə tabe olmayanlar məhkəməyə veriləcək və onların əlində olan torpaq hərraca çıxarılaraq satılacaq. 

Rusiyanın «VestiKavkaza» portalının yazdığına görə, bununla Ermənistan rəhbərliyi vətəndaşlıqdan imtina edənlərin sayını azaltmağa çalışırlar. Son illərdə 20 minə yaxın adam rəsmən müraciət edərək Ermənistan vətəndaşlığından çıxıb.

Reallıqda isə Ermənistanın 1 milyon vətəndaşı ölkəni tərk edərək xarici ölkə vətəndaşlığına keçib. Həmin insanlar sadəcə Ermənistan miqrasiya xidmətinə bununla bağlı müraciət etməyiblər.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM