Ermənistana SƏRT MESAJ, hər an başlayacaq ƏMƏLİYYAT... – GÜNÜN SİYASİ XÜLASƏSİ

20:25 | 17.12.2018
Ermənistana SƏRT MESAJ, hər an başlayacaq ƏMƏLİYYAT... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistana SƏRT MESAJ, hər an başlayacaq ƏMƏLİYYAT... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib. Ermənistan və Rusiya yeni əməkdaşlıq müqaviləsi hazırlayır. ABŞ prezidenti Donald Tramp Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində əməliyyat keçirməsinə razılıq verib. KXDR ABŞ-ın siyasəti ilə əlaqədar denuklearizasiyadan imtina variantına baxır. Moskva Ukrayna prezidenti Pyotr Poroşenkonu Rusiyayla sərhəddə təxribat hazırlamaqda ittiham edib.
Güclü hərbi potensialımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Bunu Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasındadır:
Ermənistan və Rusiya yeni əməkdaşlıq müqaviləsi hazırlayır. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanda ABŞ biolaboratoriyalarının mövcudluğuna qarşı mübarizə ilə bağlı məsələyə cavabında deyib. O, yeni sənədin Ermənistanda xarici ölkələrin hərbçilərinin mövcudluğunu qadağan etməsinə zəmanət verəcəyini bildirib.
Lavrov həmçinin Rusiyanın MDB ölkələrində diplomatlarının sayının ABŞ-dan daha az olduğunu söyləyib.
O, Rusiyanın ABŞ kimi marionet təşkilatlar yarada bilmədiyini vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Komsomolskaya Pravda” radiosunun efirində Gürcüstanda ABŞ-ın hərəkətlərini şərh edib. Lavrovun sözlərinə görə, ən ciddi problem respublika ərazisində olan Amerika biolaboratoriyasıdır.
Lavrov Gürcüstanda Rusiyaya qarşı hazırlandığı deyilən 9 piyada batalyonunun ölkəsi üçün təhlükə olmadığını bildirib.
"Burada ən ciddi təhlükə biolaboratoriyadır. Əminəm ki, ABŞ bu batalyonlarla heç yerə soxulmayacaq. Onlar anlayırlar ki, bizim Abxaziya və Cənubi Osetiya ilə ittifaq münasibətlərimiz var, biz müttəfiqlərimizə hücum etməyə imkan verməyəcəyik. Biolaboratoriyalar yalnız Gürcüstanda deyil, həm də Ermənistan, Qazaxıstan və Özbəkistanda var”, - o deyib.
ABŞ prezidenti Donald Tramp Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində əməliyyat keçirməsinə razılıq verdi. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxışının nəticələri Rusiyanın strateji nüvə güclərinin döyüş tətbiqinin planlaşdırılması zamanı nəzərə alınır. Bu haqda "Qırmızı ulduz” qəzetinə müsahibəsində Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının (STRQ) komandanı, general-polkovnik Sergey Karakayev bildirib.
O əlavə edib ki, ABŞ-ın Avropada yerləşdirdiyi raket əleyhinə müdafiə obyektləri Rusiyanın effektiv zərbə vasitələrinin təsir zonasındadır.
Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın siyasəti ilə əlaqədar denuklearizasiyadan imtina variantına baxır. Bu haqda Şimali Koreyanın STAK agentliyinə istinadən "RİA-Novosti” bildirib.
Xəbərə görə, KXDR-in Xarici İşlər Nazirliyi yanında ABŞ-ın işləri üzrə İnstitut Vaşinqtonun hərəkətlərindən narazılığını ifadə edib. Söhbət Pxenyana təzyiqdən gedir. Şərhin müəlliflərinin sözlərinə görə, belə hərəkətlər Pxenyanın denuklearizasiyadan həmişəlik imtinaya gətirib çıxara bilər.
KXDR-də hesab edir ki, sanksiyaların intensivliyinin artırılması və insan hüquqları ətrafında səs-küyün yaradılması üzrə davranışlar yalnız əks effektə gətirib çıxaracaq.
Ukrayna prezidenti Petro Poroşenko prezident seçkilərində daha layiqli namizədin olacağını istisna etməyib.
"Mən Ukrayna xalqına çox etibar edirəm. Xalqımın seçki məsuliyyətinə inanıram. Əgər seçkilərdə daha layiqli namizəd olsa, ona dəstək verəcəyəm”, - deyə ölkə prezidenti dekabrın 16-da keçirdiyi mətbuat konfransında məlumat verib.
O, prezident seçkilərində iştirak edib-etməyəcəyini açıqlamayıb: "İndi hələ hazır deyiləm, çünki seçki kampaniyasına start verilməyib”.
Qeyd edək ki, Ukraynada prezident seçkisi 2019-cu ilin martın 31-də keçiriləcək.
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyayla sərhəddə təxribat hazırlayır. Bu haqda "Komsomolskaya Pravda” radiosunun efirində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O dəqiqləşdirib ki, alınmış informasiyaya əsasən, söhbət dekabrın sonuna nəzərdə tutulmuş silahlı təxribatdan gedir. Nazir qeyd edib ki, Poroşenko lazımı cavabı alacaq.
Lavrov həmçinin vurğulayıb ki, Kiyev belə addımları "Qərb kuratorları və qəyyumları ilə” uyğunlaşdırır. Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib ki, əldə edilən məlumatlara görə, Poroşenkoya kiçik intensivli döyüş hərəkətlərini dəstəkləməyi məsləhət görürlər. Lavrov qeyd edib ki, məqsəd Rusiyanı Ukraynaya hərbi təcavüzdə ittiham etmək yönündə təbliğatın aparılması üçün əsaslar yaratmaqdır.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Moskvanın Ukraynanın şərqində yaradılan separatçı qurumları tanımamasının səbəbini izah edib."Komsomolskaya Pravda” radiosunun efirində danışan nazirin sözlərinə görə, bu halda, Rusiya Ukrayna hakimiyyəti ilə münasibətləri qəti itirəcək.
Ukrayna gəmilərinə hücum göstərdi ki, Rusiyanın davranışında keyfiyyət dəyişikliyi oldu. O artıq traktorçular, şaxtaçılar və ya "adamcığazlar” bəhanəsi ilə öz nizami qoşunlarının hərəkətlərini gizlətmir. İlovaysk döyüşündə bir neçə on Rusiya taktik qrupu iştirak edirdi, amma bu gizlədilirdi. Rusiya artilleriyasının sərhəd boyu Ukrayna qoşunlarına atəş açdığı məlum faktdır, amma Qərb bunu görməməyə üstünlük verirdi. Bunu Ukraynanın "Obozrevatel” nəşrinə müsahibəsində Rusiya prezidentinin keçmiş məsləhətçisi, iqtisadçı Andrey İllarionov danışıb.
Ukraynada prezident seçkilərində Moskvaya loyal siyasətçilərin qələbə qazanmayacağı halda (Ukraynada prezident seçkisi 2019-cu ilin martın 31-də keçiriləcək –red.), Rusiyanın Ukraynaya hücum edəcəyi barədə ekspertlərin fikirlərinə gəlincə, İllarionov bunu mümkün sayır. (publika)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb