1993-cü ildən indiyə qədər Ermənistanda Azərbaycanın xeyrinə casusluğa görə 20 nəfər həbs edilib.
Anews.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq İdarəsinin nümayəndəsi Tiqran davityan deyib.
Onun iddiasına görə, həbs edilən şəxslər Azərbaycanın xeyrinə işləyiblər.
"Onlar Azərbaycana hərbi, elmi-tədqiqat sahəsində müxtəlif informasiyalar ötürüb”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanda indiyə qədər bir çox şəxs "Azərbaycan casusu” damğası ilə həbsə atılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !