Ermənistanda etirazlar səngimir: "Rəhbərlik istefa versin!"

17:30 | 18.05.2018
Ermənistanda etirazlar səngimir:

Ermənistanda etirazlar səngimir: "Rəhbərlik istefa versin!"

Ermənistanda etirazçılar Sotk şəhəri yaxınlığındakı iri qızıl yatağına aparan yolu bağlayıblar.

Trend xəbər verir ki, ölkədə qiymətli metalların hasilatı ilə məşğul olan GeoProMining Gold" şirkətinin məlumatına əsasən, etirazçılar mayın 17-dən etibarən Sotk yatağına gedən yolu bağlayıblar:

"Onlar vətəndaş hərəkatının iştirakçısı olduqlarını və öz haqları uğrunda mübarizə apardıqlarını bildirirlər".

Aksiya iştirakçıları qızıl yatağının rəhbərliyinin istefasını da tələb edirlər.

Şirkət etirazların ona məxsus müəssisələrdə işlərin tam dayanmasına səbəb ola biləcəyini istisna etmir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb