"Eurovision Fərid" Nyu-Yorkda kuryer işləyir

16:01 | 19.09.2018

"Eurovision Fərid" Nyu-Yorkda kuryer işləyir

Müğənni Fərid Məmmədov ABŞ-a köçüb."Qafqazinfo” xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin də daşını atıb. 

O, xanımıyla 1 ildən artıqdır ki, Amerikada yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir. 
 
Xatırladaq ki, müğənni "Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub. 

Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəylə gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM