"Eurovision" təmsilçisi maşınında ölü tapıldı

16:22 | 12.07.2018

"Eurovision" təmsilçisi maşınında ölü tapıldı

"Eurovision- 2011" mahnı müsabiqəsində Makedoniyanı təmsil edən müğənni Vlatko İlievski dünyasını dəyişib. 

Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, 33 yaşlı sənətçi paytaxt Skopye şəhərində avtomobilində ölü tapılıb. 

Makedoniya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ifaçının cəsədi tibbi ekspertiziyaya göndərilib, ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Vlatko Almaniyada keçirilən "Eurovision" yarışmasında ölkəsini "Rusinka" mahnısı ilə təmsil etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM